طبع گلمیر ، اوره یین قانی آخیر دفتریمه

دایانیب ایندی قلم ، غملی باخیر دفتریمه

 

باشا دوشمور نه یازیر،بیلمه ییر هئچ سؤزلرینی

هرنه قدری چالیشیر،غوصه یاخیر دفتریمه

 

صید اولموش فره لر تک ،قفسیم دن دینیرم

گؤرورم منله اولان ظولم شاخیر دفتریمه

 

یازیرام هر نه اورک منله دئییر سؤزلرینی

بیلمیرم کیم باخاجاق بوردا پاخیر دفتریمه

 

لوح و تندیس منیم شأنیمه گلمیر نه دئمک

 قالاجاق گؤزلریمین یاشی آخیر دفتریمه

سلمان عبدی زاده

təbi gəlmir ürəyin qani axır dəftərimə

dayanıb indi qələm ğəmli baxır dəftərimə

başa düşmür nə yazır.bilməyir heç sözlərini

hər nə qədri çalışır ğussə yaxır dəftərimə

seyd olmuş fərələr tək qəfəsimdən dinirəm

görürəm mənlə olan zülm şaxır dəftərimə

yazıram hər nə ürək mənlə deyir sözlərini

bilmirəm kim baxacaq burda paxır dəftərimə

loho təndis mənim şənimə gəlmir nə demək

qalacaq gözlərimin yaşi axır dəftərimə

səlman əbdizadeh