بیر تابوت آرزو ،بیر یازیق شاعیر
بیر تابوت آرزو ،بیر یازیق شاعیر
خیاوانلار جانا گلیر بیر_بیر
بیر قوجا ایت کیمی سولنمهدهیم
گئجهلرده پولیس گؤرور ،دینمیر
اورهییمدن یئییرلر ایندی منی
دینمیرم سه ، جانیم یامان سیخیلیر
بیر قادین سیزلاییر اوتای کوچهده
بیر کیشی یَل کیمی آشیب ییخیلیر
بئینیمی لاختا_لاختا قان بورویوب
یارالی شئعریمی بیلن یوخدور
قورد کیمی آغریلار سوکور سینهمی
شههَری غم بوکوب ،گولن یوخدور
بئله گئدسه یوکوم آغیرلاشاجاق
هر گئجه منده بیر ایگید اؤلهجک
خاطیره کروانی گلیب کئچهرک
بیر جوجوق آغلاییب ،بیری گولهجک
چوخ زامانلار یولو چاشیب آزیرام
سانکی هئچ دونیادا ایزیم قالمیر
باخیرام گؤیلره هر آخشاملار
اۇلدۇزوم دا کئچیب داها چالمیر
اویونون سونراسین بیلن وار می ؟
بو قهدر حسرتیم نئجه بیتهجک ؟
گولله ،قان ،مرمیلر دولوب باشیما
بو یاخینلار منیم اؤلوب ایتهجک
سلمان عبدی زاده
bir tabut arzu ,bir yazıq şair
xiyavanlar cana gəlir bir_bir
bir qoca it kimi sülənmədəyəm
gecələrdə polis görür ,dinmir
ürəyimdən yeyirlər indi məni
dinmirəmsə canım yaman sıxılır
bir qadın sızlayır otay küçədə
bir kişi yəl kimi aşıb yıxılır
beynimi laxta_laxta qan bürüyüb
yaralı şerimi bilən yoxdur
qurd kimi ağrılar sökür sinəmi
şəhəri ğəm büküb ,gülən yoxdur
belə gedsə yüküm ağırlaşacaq
hər gecə məndə bir igid öləcək
xatirə kərvanı gəlib keçərək
bir cocuq ağlayıb, biri güləcək
çox zamanlar yolu çaşıb azıram
sankı heç dünyada izim qalmır
baxıram göylərə hər axşamlar
ulduzum da keçib ,daha çalmır
oyunun sonrasın bilən varmı ?
bu qədər həsrətim necə bitəcək ?
güllə, qan ,mərmilər dolub başıma
bu yaxınlar mənım ölüb itəcək
səlman əbdizadə
@salman_abdizadeh